YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Sahibkarlığın inkişafı ölkə başçısı tərəfindən həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir

«Sahibkarlığın inkişafı ölkə başçısı tərəfindən həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir». Bu fikri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, dünyada baş verən iqtisadi böhranlar fonunda Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində qəbul edilmiş qərarlar ölkədə iqtisadiyyatın inkişafına müsbət təsir göstərib. Onun sözlərinə görə, bütün bunlar beynəlxalq qurumların hesabatlarında da öz əksini tapıb.

«Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Bu gün biz artıq ixracın stimullaşdırılmasından danışırıq. Biz bu gün rəqabətqabiliyyətli ixrac məhsullarından danışırıq, ixrac bazarlarını araşdırırıq. Sözsüz ki, bütün bunlar ölkədə sahibkarlığının daha da inkişafına əlverişli imkan yaradır. Bütövlükdə, ölkədə əlverişli biznes mühitinin yaradılması, kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraitinin qurulması istiqamətində genişmiqyaslı işlər aparılır. Həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın inkişafı uğurla davam edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, sahibkarlığın inkişafı üçün daha əlverişli mühit formalaşdırılıb»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv