YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kaxa Kaladze: Azərbaycan enerji təhlükəsizliyimizdə mühüm rol oynayır

Azərbaycan bizim strateji tərəfdaşımızdır. Gürcüstanın enerji təhlükəsizliyini təmin olunmasında Azərbaycan mühüm rol oynayır.

Bu sözləri Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze söyləyib.

Nazir deyib ki, Gürcüstan təbii qaza olan tələbatını da Azərbaycanın hesabına ödəyir: “Biz bu gün Azərbaycan qazından asılıyıq. Azərbaycan strateji tərəfdaşımız kimi bizə çox köməklik edir. Eyni zamanda, Azərbaycan Gürcüstana böyük həcmdə investisiya yatıran ölkədir”.

Gürcüstanda yeraltı qaz anbarının tikintisinə toxunan nazir deyib ki, layihə işlərində bəzi problemlər yaşanıb. Ona görə də bu işlər bir qədər ləngiyib.

“Bütün prosedur işlər tezliklə başa çatacaq və gələn ilin əvvəllərində qaz anbarının tikintisinə başlayacağıq”, - deyə Kaladze vurğulayıb.