YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il "WorldFood Azerbaijan 2017" və "CaspianAgro 2017" sərgilərində 331 şirkət iştirak edəcək

Mayın 17-19-da Bakı Ekspo Mərkəzində keçiriləcək XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017" və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edəcək. Bu şirkətlərin 70 faizi xarici eksponentlər, 30 faizi isə yerli şirkətlərdir.

Bu barədə "Iteca Caspian" şirkətinin rəhbəri Edvard Stroon məlumat verib.

Qeyd edilib ki, iştirakçılar arasında Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland Krallığı və Şri-Lankanı təmsil edən 6 milli qrup yer alır.