YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2107” üzgüçülük yarışlarına start verilib

Mayın 13-də IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakıdakı Su İdman Oyunları sarayında üzgüçülük üzrə yarışlara start verilib.

Səhər sessiyası kişilər arasında 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarından başlanıb. Burada türkiyəli üzgüçü Hüseyn Əmrə Sakçı ən yaxşı nəticə göstərib. O, finişə çatmaq üçün cəmi 28,09 saniyə vaxt sərf edib. Ölkəmizi təmsil edən Vəli İsrafilov (18.10.2002) 32,48 saniyə nəticə ilə 19-cu yeri tutub.

Sonra kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışları başlanıb. Burada iordaniyalı Kader Getric Baqla (15.09.1998) 4:00.13 saniyə nəticə göstərərək birinci yeri tutub.

Beləliklə “Bakı-2017” üzgüçülük yarışlarının birinci günün səhər sessiyası başa çatıb.