YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alberto Melloni: Forum beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır

Bu gün dünyamız çoxsaylı problemlərlə və böhranlarla üzləşib. Belə bir zamanda mədəniyyətlərarası və dinlərarası dialoq, qarşılıqlı anlaşma vacibdir. Bu baxımdan, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox böyük əhəmiyyətə malikdir.

Bu sözləri UNESCO-nun dini plüralizm və sülh məsələləri üzrə rəsmisi Alberto Melloni deyib.

Alberto Melloni bildirib ki, cəmiyyət həyatını bürümüş bugünkü problemlərin həlli bəşəriyyətin gələcəyi üçün önəmlidir. Buna görə də “Bakı prosesi” təşəbbüsü xüsusi önəm kəsb edir.

UNESCO rəsmisi Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu bildirib. O deyib: “IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” şüarı bizə əməkdaşlıq məsələlərində perspektivlər yaradır. Forumda iştirak edən görkəmli şəxslər, habelə burada təmsil olunan beynəlxalq təşkilatlar tədbirin dünya miqyasında nüfuzunu bir daha təsdiqləyir. Ümumiyyətlə, bu Forum beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır”.