YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq təhlükəsizlik konfransında iştirak edir

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-27-də Moskva şəhərində keçirilən VI Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil olunan beynəlxalq konfransda 78 ölkənin nümayəndələrinin iştirakı ilə qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunur.

Plenar iclaslarda beynəlxalq terrorizmə, o cümlədən Yaxın Şərqdə terrorizm və radikalizmə qarşı mübarizə, informasiya məkanının təhlükəsizliyi, raket əleyhinə müdafiə, Avropa, Asiya-Sakit okean, Mərkəzi Asiya regionlarında təhlükəsizliyin təmin edilməsi, eləcə də dünyanın müxtəlif bölgələrində təhlükəsizliyin gücləndirilməsində hərbi qurumların roluna dair fikir mübadiləsi aparılacaq.