YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri bütün dünya üçün bir örnəkdir

Aprelin 25-də Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Türkiyənin Ailə və Sosial Siyasət naziri xanım Fatma Betül Sayan Kaya ilə görüşü keçirilib.

Görüşdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı və qadın sahibkarlığına dəstək məsələləri müzakirə edilib.

Baş nazirinin müavini Əli Əhmədov konfransda müzakirə olunacaq mövzuların Azərbaycanın olduğu kimi Türkiyənin də maraq dairəsində olduğuna əminliyini bildirib.

Türkiyədə keçirilən referenduma toxunan Baş nazirin müavini müsbət nəticələrin qardaş ölkədə olduğu kimi Azərbaycanda da çox böyük sevinclə qarşılandığını bildirib. Bu nəticənin xalqın ölkə başçısına inamının göstəricisi olduğu, Azərbaycan xalqının da bu fikri dəstəklədiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri bütün dünya üçün bir örnəkdir. Ə.Əhmədov keçirilən konqresin Azərbaycan qadınları kimi Türkiyə qadınları üçün də əhəmiyyətini vurğulayıb. Bildirilib ki, qadın sahibkarlığının inkişaf etdirilməsi qadınların cəmiyyətdə fəaliyyətinin yaxşılaşdırılması ilə yanaşı, iqtisadiyyatın inkişafı istiqamətində də böyük rol oynayır. Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar barədə qonağa məlumat verən Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları müxtəlif sahələrdə layiqli şəkildə təmsil olunurlar.

Yüksək səviyyəli təşkilatçılığa görə öz minnətdarlığını bildirən xanım Fatma Betül Sayan Kaya bütün çətinliklərə baxmayaraq qardaş Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb. Tədbirin mahiyyətindən danışan qonaq qeyd edib ki, bizim ən böyük hədəfimiz qadınların güclənməsidir. Belə olduğu təqdirdə ailədən başlayaraq bütün cəmiyyətin gücləməsinə nail olmaq mümkündür.