YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Qazaxıstanın Almatı şəhərində öz məhsullarını təqdim edir

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astana və Almatı şəhərinə ixrac missiyası təşkil olunub.

Azərbaycanın meyvə şirələri, mineral sular, şərab-konyak məhsulları, təzə meyvə-tərəvəz məhsulları, müalicəvi ot çaylarının istehsalı sahəsində ixtisaslaşmış 20-dən çox ixracatçı şirkəti bu gün Qazaxıstanın Almatı şəhərində ticarət missiyası çərçivəsində öz məhsullarını təqdim edir.

Ticarət missiyasının tərkibinə həmçinin tikinti materialları və mebel məhsulları istehsal edən şirkətlərin nümayəndələri də daxildir. Bu missiyanın əsas məqsədi işgüzar dairələrin ikitərəfli ticarət-iqtisadi əməkdaşlığının möhkəmləndirilməsi və fəallaşdırılması, habelə Qazaxıstanı Azərbaycanın ticarət potensialı ilə tanış etməkdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər "Made in Azerbaijan" brendinin xarici ölkələrdə daha yüksək səviyyədə təşviqinə hesablanıb. Bu da ümumilikdə ölkəmizin dünya iqtisadi birliyinə inteqrasiyasına yeni təkan verəcək.