YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin idmançıları mübarizə aparacaqlar

Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) üzvü olan 57 ölkənin hamısından idmançılar mübarizə aparacaqlar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsindən (AİHOƏK) bildiriblər ki, İHİF-in və AİHOƏK-un bütün tərəflərlə əldə etdikləri razılaşmaya əsasən, Küveyt idmançıları İHİF–nin bayrağı altında Müstəqil İslam Həmrəyliyi Oyunlarının idmançıları olaraq iştirak hüququ əldə edəcəklər. Razılığa əsasən, yalnız idmançılar və məşqçilər İHİF tərəfindən akkreditasiyadan keçiriləcək və İHİF-in formalarını geyinəcəklər. İdmançılar tərəfindən qazanılacaq bütün medallar da İHİF bayrağı altında təqdim ediləcək. İdmançıların iştirakı məsələlərinin həlli məqsədi ilə İHİF tərəfindən onlar üçün müstəqil nümayəndə heyətinin rəhbəri də təyin olunub.

İHİF-nin baş katibi Faysal Əbdüləziz Əl-Nassar bildirib: “İslam Həmrəyliyi Oyunları birlik və sülh ruhunu özündə yaşadan çoxmillətli, multikultural, çoxnövlü idman tədbiridir. İslam dünyasının idmançılarını bir araya gətirəcək IV İslam Həmrəyliyi Oyunları müxtəlif ölkələrin gəncləri arasında dostluq və sülh əlaqələrini daha da möhkəmləndirəcək. Buna görə də İHİF-nin 57 üzv ölkəsindən olan idmançıların bu Oyunlarda iştirakı bizi çox sevindirir. Bu nəticənin əldə olunmasında göstərdikləri köməyə görə bütün tərəflərə minnətdarlığımızı bildiririk”.

IV İslam Həmrəyliyi Oyunlarında iştirak üçün dörd qitədən 5 mindən çox idmançı və rəsmi şəxsin Bakıya gəlməsi gözlənilir. İdmançılar paraatletika və paracüdo da daxil olmaqla 20 idman növü üzrə 270 dəst medal uğrunda mübarizə aparacaqlar.

DİGƏR Xəbərlər Arxiv