YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Beynəlxalq müstəvidə əldə edilən nailiyyətlər Azərbaycanın çox fəal xarici siyasət həyata keçirdiyini göstərir

«Bu ilin birinci rübündə beynəlxalq müstəvidə əldə edilən nailiyyətlər Azərbaycanın çox fəal xarici siyasət həyata keçirdiyini göstərir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq miqyasda söz və nüfuz sahibinə çevrilməsinə səbəb olub. Onun sözlərinə görə, təsadüfi deyil ki, bu gün beynəlxalq miqyasda baş verən hadisələrə Azərbaycanın münasibətinə xüsusi diqqət yetirilir.

«Eyni zamanda, Azərbaycan beynəlxalq əməkdaşlıq mərkəzi kimi çıxış edir, ölkəmizdə çoxsaylı mötəbər beynəlxalq tədbirlər keçirilir. Bir müddət əvvəl ölkəmizdə keçirilən V Qlobal Bakı Forumu həm ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafı, həm də xalqlar, dövlətlərarası əlaqələrin genişlənməsi baxımından böyük önəm daşıyır. ABŞ və Rusiya baş qərargah rəislərinin görüşünün paytaxt Bakıda keçirilməsi də ölkəmizin nüfuzundan, beynəlxalq münasibətlərdə yeri və rolundan xəbər verir. Təbii ki, beynəlxalq müstəvidə əldə edilən nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, milli maraqlarımıza cavab verən, məqsədyönlü xarici siyasət kursunun nəticəsidir» - deyə, millət vəkili qeyd edib.