YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asəf Hacıyev: Ermənistan bütün region üçün təhlükəlidir və bu da vəziyyəti kəskin şəkildə mürəkkəbləşdirə bilər

«Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri bir daha göstərdi ki, Ali Baş Komandan ölkənin təhlükəli anlarında xalqın yanında olmaqla yanaşı, hər zaman işğal olunan Azərbaycan torpaqlarının geri qaytarılmasında ən qətiyyətli addımları atmağa hazırdır». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev deyib.

A.Hacıyev bildirib ki, son günlər cəbhədə vəziyyətin gərginləşməsi dünyaya siqnal olmalıdır ki, Ermənistan bütün region üçün təhlükəlidir və bu da vəziyyəti kəskin şəkildə mürəkkəbləşdirə bilər. Onun fikrincə, müharibənin ikinci mərhələsi başlaya bilər.

«Ermənistanın ərazilərimizin 20 %-ni işğal etməsinə baxmayaraq, yenə də provokasiya ilə məşğul olur. Lakin bugünkü Azərbaycan 20 il bundan əvvəlki ölkə deyil. Bu gün həm iqtisadi, həm də hərbi baxımdan güclü dövlətik. Region üçün ən önəmlisi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. İstənilən zaman dövlətimiz güc yolu ilə torpaqlarımızı işğaldan azad edə bilər. Çünki ordumuzun gücü buna imkan verir. Son hadisələr göstərir ki, ermənilər böyük itki verdi. Bütün bunları nəzərə alıb qətiyyətli şəkilə demək olar ki, hərbçilərimiz düşmənə lazımı səviyyədə cavab verə bilər və bu da ermənilər üçün dərs olmalıdır»- deyə, A.Hacıyev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv