YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Ölkəmizdə işsizliyin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülür

«Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, müxtəlif xidmətlərə olan ehtiyaclarının dolğun şəkildə ödənilməsinə, maddi təminatlarının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir». Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib. Onun sözlərinə görə, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır.

«Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb. Əlamətdar haldır ki, Azərbaycan qlobal mənfi təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan indiki şəraitdə də özünün genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Belə ki, yeni şəraitdə ölkəmizdə nəinki hər hansı bir sosial proqram ixtisara salınmayıb, əksinə, respublikamızda bu sahədə yeni təşəbbüslər irəli sürülüb. Azərbaycanın dərin məzmunlu sosial siyasətində ölkə miqyasında işsizliyin azaldılmasına yönəldilən təsirli tədbirlər də xüsusi yer tutur. Ardıcıl şəkildə həyata keçirilən tədbirlər sayəsində respublikamızda işsizlik 5 faizədək azaldılıb. Sirr deyil ki, hazırda bəzi qonşu ölkələrdə işsizlik artıq böhran həddinə çatır, orada demoqrafik böhran yaşanır. Azərbaycanda isə vəziyyət normaldır. Təkcə cari ilin əvvəlindən ancaq ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilib. Bölgələrdə fəal məşğul əhali təmir-tikinti, yaşıllaşdırma və bu qəbildən olan digər işlərə cəlb olunur»- deyə, millət vəkili qeyd edib.

DİGƏR Xəbərlər Arxiv