YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin təbrik edib.

Həmçinin xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edənlər arasında Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə də var.

Azərbaycanın Xalq Artisti Amaliya Pənahova da Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib.

Xanım Mehriban Əliyevaya Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə “ARB Media Qrup”un İdarə Heyətinin sədri İsmət Səttarov da təbrik məktubu ünvanlayıb.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.