YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli kontr-admiral: Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının və həmlələrinin qarşısını almağa qadirdir

Modernləşən və güclənən Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının və həmlələrinin qarşısını almağa, istənilən məqamda ona layiqli cavab verməyə qadirdir.

Bu fikri Türkiyə Silahlı Qüvvələrinin Hərbi Dəniz Donanmasının cənub birləşmələrinin komandanı, kontr-admiral Hasan Şükrü Korlu Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevlə görüşündə bildirib.

Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərindən, o cümlədən hərbi sahədəki əməkdaşlığın inkişafından bəhs edən H.Ş.Korlu ölkəmizin hərtərəfli tərəqqisini sevinclə qarşıladığını vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təcavüzkar tərəfin qeyri-konstruktiv mövqeyi ucbatından həll olunmadığını vurğulayıb.

Baş konsul M.Hacıyev eyni kökə, dilə, dinə və mədəniyyətə malik olan Azərbaycan və Türkiyə xalqlarının qardaşlıq münasibətlərinin digər ölkələr üçün nümunə olduğunu söyləyib. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan diplomat bildirib ki, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi diqqət göstərir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının real nəticəsi olaraq reallaşan beynəlxalq səviyyəli iqtisadi layihələr Azərbaycan və Türkiyə də daxil olmaqla, böyük bir coğrafiyada iqtisadi yüksəlişi təmin edir.

Görüşdə Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığın inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.