YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raqif Abbasov: İdman Azərbaycanda dövlət siyasətinin prioritet sahələrindəndir

«İdman Azərbaycanda dövlət siyasətinin prioritet sahələrindəndir». Bu fikri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

R.Abbasov bildirib ki, əldə olnunan  nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir. Onun sözlərinə görə, idmançılarımızın Olimpiya Oyunları, dünya, Avropa çempionatları və kubokları, mötəbər beynəlxalq yarışlardakı nəticələri ölkəmizdə idman sahəsinin uğurlu inkişafının göstəricisidir.

«Azərbaycanda idmanın böyük maddi-texniki bazası, infrastrukturu mövcuddur. Ölkəmiz dünyanın ən mötəbər kompleks idman yarışlarına ev sahibliyi edir. Azərbaycanın idman mütəxəssisləri dünya federasiyalarının rəhbərliklərində təmsil olunurlar. Bu il ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq yarışlar da yüksək səviyyədə təşkil olunacaq və Azərbaycan bir daha dünyanın idman mərkəzlərindən biri olduğunu sübut edəcək»- deyə, R.Abbasov qeyd edib.