YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Gərginliklərin əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur

«Cəbhədəki son gərginlik Ermənistanın siyasi təxribatlarının hərbi müstəvidə davamıdır». Bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, məqsəd münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək və Xocalı soyqırımının ildönümü ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətinin yayındırılmasıdır.

«Gərginliklərin əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur. Münaqişənin həll edilməsi üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiqlər göstərməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları bütün işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmalıdır»- deyə, H.Hacıyev qeyd edib.