YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı faciəsinin ildönümü ilə bağlı daha bir anım tədbiri Berlindəki Brandenburq Qapısının qarşısında keçirilib

Berlində yerləşən Brandenburq Qapısının qarşısında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi və Berlin Türk İcmasının təşəbbüsü, eləcə də Azərbaycan Evi və Odlar Yurdu cəmiyyətlərinin dəstəyi ilə təşkil edilib. İki saat davam edən tədbirdə çıxış edənlər Xocalı faciəsinin tarixi, səbəb və nəticələri barədə danışıb, iştirakçılara kitab və broşürlər, informativ çap məhsulları paylanılıb.

Berlində məskunlaşmış Azərbaycan və türk diasporlarının nümayəndələrinin fəal iştirakı ilə keçən tədbir şəhərin sakinləri və qonaqlarının marağına səbəb olub. Onlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyi, işğal olunmuş ərazilər, qaçqın və köçkün problemi barədə məlumat verilib. Belə tədbirlərin tez-tez keçirilməsi barədə qərar qəbul olunub.