YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kaxa Kaladze: Abxaziyadan keçməklə Ermənistana gedən dəmir yolunun açılması məsələsi danışıqlar mövzusu olmayıb

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze Gürcüstanın işğal olunmuş Abxaziya ərazisindən Ermənistana gedən dəmir yolunun açılışı barədə məlumatları təkzib edib.

O deyib ki, Ermənistanın baş nazirinin Gürcüstana səfəri zamanı Abxaziya dəmir yolunun açılışı məsələsi barədə danışıqlar olmayıb.

Kaladze deyib: “Müxalifət partiyaları iddia edirlər ki, guya Ermənistanın baş naziri Karen Karapetyanın Tbilisiyə səfəri zamanı Abxaziya dəmir yolunun açılışı barədə danışıqlar olub. Bizim görüşlərdə konkret belə bir məsələ müzakirə olunmayıb və heç söhbət belə getməyib”.

Qeyd edək ki, Ermənistanın baş naziri Karen Karapetyanın Tbilisiyə səfərindən sonra Gürcüstan hökumətinin işğal olunmuş Abxaziyadan keçməklə Ermənistan gedən dəmir yolunun açılacağı barədə fikirlər səslənib, müxalifət hökuməti növbəti saxtakarlıqda ittiham edirdi.

Kaladze müxalifətin fikirlərini tam əsassız adlandırıb və təkzib edib.