YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Küveytin Azərbaycandakı səfiri: Azərbaycan Küveyt üçün mühüm tərəfdaşdır

İslam aləminin bir parçası olan Küveyt ilə Azərbaycan arasında əlaqələr hazırda yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimizin münasibətləri İslam həmrəyliyinə dayanır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi söyləyib.

Səfir qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Cari ilin əvvəllərində Azərbaycan ilə Küveyt arasında birbaşa hava əlaqəsinin yaranması ilə bağlı müqavilə imzalanıb. Bu gün Küveytdən Azərbaycana sayca üçüncü birbaşa reys həyata keçiriləcək.

İki ölkə arasında əlaqələrin çox qədim tarixə malik olduğunu bildirən səfir bu münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini bildirərək deyib: “Yaxın vaxtlarda Küveyt ilə Azərbaycan arasında mədəni sahədə əməkdaşlıqla bağlı təcrübə mübadiləsi aparılacaq. Hökumətlərarası komissiyalarımız arasında mühüm razılaşmalar, protokollar imzalanıb ki, bu da əməkdaşlığımızın gələcəkdə daha da inkişafı üçün böyük imkanlar vəd edir”.