YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyanada ATƏT PA-nın 16-cı qış sessiyası işə başlayıb

Fevralın 23-də Vyanada ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası işə başlayıb. Sessiyada ölkəmizi ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev, deputatlar Tahir Mirkişili, Ülviyyə Ağayeva və Kamran Nəbizadə təmsil edirlər.

ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlament üzvünün iştirak etdiyi sessiyanın açılışında ATƏT PA-nın prezidenti Kristine Muttonen cari beynəlxalq məsələlər ilə bağlı çıxış edib.

Sessiyanın ilk günü ATƏT məkanında seçkilərdə müşahidə missiyalarının fəaliyyəti, komitələrin fəaliyyəti, həmçinin xüsusi nümayəndələrin fəaliyyətinə dair hesabatlar dinləniləcək və müzakirələr aparılacaq.

Sessiyanın rəsmi açılışında isə Avstriya Milli Şurasının (Parlament) sədri Doris Bures, ATƏT PA-nın prezidenti Kristine Muttonen, ATƏT PA-nın gender məsələləri üzrə xüsusi nümayəndəsi Hedi Fray çıxış edəcəklər. Sessiyanın hər üç komitəsinin birgə iclasında isə ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın federal xarici işlər naziri Sebastian Kurts və ATƏT-in baş katibi Lamberto Zannyer çıxışları dinləniləcək və parlamentarilərin sualları cavablandırılacaq.

Sessiya çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Demorkatiya, insan haqları və humanitar məsələlər komitələrinin iclasları keçiriləcək. İclaslarda “ATƏT məkanında transmilli təhlükəsizlik: terrorizmlə mübarizə”, “Təbii resursların idarə edilməsi, su təhlükəsizliyi probleminin həlli və iqlim dəyişikliklərinə qarşı mübarizə” və “Artan populizm fonunda insan haqlarının qorunması” mövzusunda müzakirələr keçiriləcək.

DİGƏR Xəbərlər Arxiv