YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Braziliyada Xocalı soyqırımına həsr olunmuş foto və kitab sərgisi açılıb

Braziliyada Xocalı soyqırımına həsr olunmuş fotosərgi açılıb. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində açılan sərgi ölkəmizin Braziliyadakı səfirliyi tərəfindən təşkil edilib.

Səfirlikdən bildiriblər ki, tədbirdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid müxtəlif dillərdə dərc edilmiş kitablar da sərgilənib.

Braziliya ictimaiyyətinin tanınmış şəxslərinin, o cümlədən parlamentin aşağı və yuxarı palatalarının nümayəndələrinin, yerli diplomatik korpusun üzvləri və müxtəlif universitetlərdən müəllim və professor heyətinin iştirak etdiyi tədbirdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış videoçarx nümayiş etdirilib, portuqal dilində bukletlər paylanılıb.

Tədbiri açan səfir Elxan Poluxov Xocalı faciəsi, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan kampaniyanın dünyada uğurla həyata keçirildiyini bildirib. Səfir kampaniya nəticəsində Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığını və tanınmaqda davam etdiyini diqqətə çatdırıb.

Sonra səfir dünyada hələ də ikili standartların mövcud olduğunu dilə gətirərək, Xocalı soyqırımının təşkilatçılarının məsuliyyətə cəlb edilməsinə, eyni zamanda, dünyada belə dəhşətli hadisələrin təkrarlanmasına yol verilməməsinə çağırıb.

DİGƏR Xəbərlər Arxiv