Xəbərlər
Derek Hoqan: ABŞ qoşunların təmas xəttində baş verən son gərginlikdən çox narahatdır
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/da9614b587e4adcad238dbde79339586.jpg&w=360)
ABŞ Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son gərginlikdən çox narahatdır. Bu barədə Trend-ə eksklüziv açıqlamasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib.
Hər iki tərəfdən itkilərin olmasına təəssüfləndiyini deyən D.Hoqan bu gərginliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
O, qeyd edib ki, hər iki tərəf ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə bu gərginliyin dərhal aradan qaldırılması üzərində işləməlidir.