YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransalı senator: Azərbaycanın işğal olunmuş ərazilərində "referendum"u heç kim legitim hesab edə bilməz

Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı seçkinin və ya referendumun keçirilməsini heç kim legitim hesab edə bilməz.

Bu sözləri Trend-ə Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.

Fevralın 20-ə təyin olunmuş qondarma dövlətin “konstitusiyasında dəyişikliklərlə bağlı referendum”u şərh edən senator deyib ki, tarixi faktların saxtalaşdırılması yeni həqiqəti yaratmayacaq və Dağlıq Qarabaq münaqişəsini həll etməyəcək.

N.Qule onu da əlavə edib ki, “Dağlıq Qarabağ Respublikası” mövcud deyil və hətta Ermənistan da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanımır.