YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Sarkisyan rejimi öz mövcudluğunu qoruyub saxlamağa çalışır

«Ermənistanda hakimiyyətdə olan hərbi xunta Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Çünki bununla Sarkisyan rejimi öz mövcudluğunu və korrupsioner sistemini qoruyub saxlayır». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu amil sadə Ermənistan vətəndaşları üçün böyük fəlakət mənbəyidir. Çünki Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu səbəbindən işğalçı Ermənistan regionda bütün layihələrdən təcrid olunub.

 «Sarkisyan rejimi isə Ermənistanın yox, öz gələcəyini düşünür. Sarkisyan üçün Ermənistan vətəndaşlarının durumundan çox öz şəxsi ambisiyaları daha önəmlidir, ona görə də o, sərhədlərin bağlı qalmasına və ölkəsinin tənəzzülə uğramasına səbəb olan Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir»- deyə, E.Məmmədov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv