YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Manuela Traldi: TAP layihəsi Avropanın enerji ilə təminatında önəmli mənbədir

Strateji önəm daşıyan “Trans-Adriatik Pipeline” (TAP) layihəsi Avropanın enerji ilə təmin olunması üçün önəmli mənbədir. Bu layihə İtaliya üçün də böyük əhəmiyyət kəsb edir.

Bu sözləri İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) prezidenti Manuela Traldi deyib.
M.Traldi bildirib ki, TAP layihəsi Azərbaycan ilə İtaliya arasında əlaqələrin genişlənməsinə mühüm töhfə verməkdədir. O qeyd edib ki, Avropanın qazla təmin olunması məsələsində Azərbaycanın bu layihəni seçməsi ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanmasına səbəb olub: “TAP layihəsi Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Avropa bu layihənin reallaşmasında çox maraqlıdır. Ümid edirik ki, bu layihə planlaşdırıldığı vaxtda başa çatacaq”.

İTAZERCOM-un fəaliyyətinə toxunan M.Traldi qeyd edib ki, qurum Azərbaycan və İtaliya arasında əsasən iqtisadi sahədə əlaqələrin təşviqi istiqamətində tədbirlər həyata keçirir. O bildirib ki, Gələcəkdə İTAZERCOM-un fəaliyyət dairəsinin genişlənməsi çərçivəsində Bakı nümayəndəliyinin açılması da nəzərdə tutulur. “İqtisadiyyatın müxtəlif sahələri üzrə çalışan nümayəndəliklərlə birgə layihələr reallaşdırırıq. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradırıq. Azərbaycan və İtaliya ticarət institutları arasında çox müsbət əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmuşuq”, - deyə o qeyd edib.