YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin yaz sessiyasının ilk iclasında 27 məsələ müzakirə olunacaq

Fevralın 1-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, iclasın gündəliyinə 27 məsələ daxildir.

Deputatlar iclasda “Milli Məclisi intizam komissiyasının yenidən təşkil edilməsi”, “Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi”, “Milli Məclisinin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı” haqqında məsələləri nəzərdən keçirəcəklər.

İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunacaq.

Milli Məclis, həmçinin "İnformasiya əldə etmək haqqında", "Müflisləşmə və iflas haqqında", "Mühasibat uçotu haqqında", "Reklam haqqında", "Qrant haqqında", "Sosial sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Aviasiya haqqında", "Gömrük tarifi haqqında", "Dövlət rüsumu haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlarda, Cinayət, İnzibati Xətalar, Gömrük məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxacaq. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişiklik edilməsi haqqında qanun layihələrini nəzərdən keçiriləcək.

 

 

DİGƏR Xəbərlər Arxiv