YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan ilə Qətər arasında qarşılıqlı etimad mövcuddur

Azərbaycan ilə Qətər arasında qarşılıqlı etimad mövcuddur. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq edirlər.

Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edib ki, Qətər ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş perspektivlər var. “Biz xarici işlər nazirləri olaraq bu münasibətləri inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Bundan əlavə, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, tikinti sahələrində də əlaqələrin qurulması mümkündür”, - deyə nazir bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin də müzakirə edildiyini deyən nazir bildirib: “Münaqişənin həllində göstərdiyi dəstəyə görə Qətər dövlətinə minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi, bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müəyyən qətnamələri var. Lakin təəssüflər olsun ki, bu qətnamələr hələ də yerinə yetirilmir. Heç şübhə etmirəm ki, biz bütün torpaqlarımızı azad edəcəyik, hər birini abadlaşdıracağıq”.