YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan Azərbaycan qazının idxalını 17 faizdən çox artırıb

2014-cü ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 151,06 milyon dollar dəyərində 737,24 min ton neft ekvivalentində təbii qaz idxal edib. Bu barədə Trend Gürcüstan Milli Statistika Xidmətinin hesabatına istinadən məlumat verir.

Azərbaycan bu kateqoriya üzrə Gürcüstan idxalının ümumi həcminin 83,3 faiz xüsusi çəkisi ilə ölkəyə yanacağın bu növünün əsas tədarükçüsüdür. Hesabata əsasən, Gürcüstan ilin əvvəlindən 181,3 milyon dollar dəyərində təbii qaz idxal edib.

Tədarükün qalan hissəsi Rusiya və digər mənbələrin payına düşür.

İllik hesablamada Gürcüstanın Azərbaycandan təbii qaz idxalının həcmi 21 faiz (say nisbətində 107,29 min ton neft ekvivalenti və ya 17,03 faiz) artıb. Müqayisə üçün: ötən ilin ilk 6 ayında Gürcüstan Azərbaycandan 124,82 milyon dollar dəyərində 629,95 min ton neft ekvivalentində qaz idxal edib.

Hesabat dövründə Azərbaycandan Gürcüstana idxalın ümumi həcmində qazın xüsusi çəkisi 51,4 faiz olub.

Gürcüstan 2014-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 294,1 milyon dollar dəyərində məhsul idxal edib. Hesabata əsasən, Azərbaycandan Gürcüstana idxalın həcmi il ərzində 7,6 faiz artıb.