YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlı millət vəkili yenidən AŞPA komitəsinin sədri seçilib

Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində bu qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib. İclas çərçivəsində komitənin yeni sədr seçkiləri baş tutub. Seçkilərdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova yekdilliklə yenidən bu komitənin sədri seçilib. Azərbaycanlı deputatın namizədliyi AŞPA-nın Avropa Mühafizəkarları Qrupu tərəfindən irəli sürülüb.

Qeyd edək ki, Sahibə Qafarova ilk dəfə bu komitəyə 2016-cı ilin yanvar ayında sədr seçilib.