YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İranın telekommunikasiya və poçt sahəsində əməkdaşlığı genişlənir

Azərbaycan ilə İran arasında telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələri genişlənir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, nazirlikdə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə birgə iştirak, yerli şirkətlərin birgə əməkdaşlığının stimullaşdırılması, sərhədyanı ərazilərdə radiotezliklərin tənzimlənməsi, peyk xidmətləri sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizə səfəri çərçivəsində Mahmud Vaezinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasını dövlətlərimiz arasında əməkdaşlıq səviyyəsinin göstəricisi olduğunu bildirib.

R.Quluzadə 2016-cı ilin İran ilə ölkəmiz arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, mühüm əhəmiyyət daşıyan layihələrin icrası, əlaqələrimizin genişləndirilməsi istiqamətində həlledici rol oynadığını qeyd edib.

Nazir “Bakutel” Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgi-Konfransında iştiraka görə həmkarına təşəkkür edib və sərgidə təmsil olunan İranın özəl informasiya texnologiyaları şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsinin məqsədəuyğun olduğunu qeyd edib.

İl ərzində ölkəmizdə İKT sektorunda həyata keçirilən işlərdən və layihələrdən bəhs edən R.Quluzadə dekabr ayında ölkə üzrə tam olaraq rəqəmli televiziya yayımına keçildiyini bildirib. Bu yeniliyin İranla sərhədyanı ərazilərdə radiotezliklərin tənzimlənməsində xüsusi rol oynadığını diqqətə çatdırıb.

M.Vaezi rabitə və yüksək texnologiyalar sahəsi üzrə əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. İranlı nazir qeyd edib ki, ümumiyyətlə, sahə üzrə mövcud potensial imkanlardan geniş istifadə olunmaqla, iki ölkə arasında bütün istiqamətlərdə səmərəli əməkdaşlıq əlaqələri qurulub. O, kosmik sənaye sahəsində faydalı əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin mövcud İşçi Qrup tərəfindən həyata keçirilməsi qərara alınıb.