YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Putinin Prezident İlham Əliyevə təbrikindən: Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm

“55 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini qazanmısınız və beynəlxalq aləmdə yüksək nüfuza sahib olmusunuz.” Bu sözlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda yer almışdır.

Təbrikdə daha sonra deyilir: “Rusiyada Sizi ölkəmizin etibarlı dostu, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin prinsipial tərəfdarı kimi tanıyırlar.

Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv ünsiyyətin və səmərəli birgə işin davam edəcəyinə ümidvar olduğumu bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.”