YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuz “Yay məktəbi”ndə “Beynəlxalq münasibətlərdə qərar qəbulu, güc və “oyun nəzəriyyələri” mövzusunda seminar keçirilib

Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu öz işini davam etdirir. İyulun 23-də ənənəvi olaraq seminar-diskussiya keçirilib, yay məktəbinin iştirakçıları arasında müxtəlif məsələlərə dair  fikir mübadiləsi aparılıb, interaktiv oyunlar və idman yarışları təşkil edilib.

“Beynəlxalq münasibətlərdə qərar qəbulu, güc və “oyun nəzəriyyələri” mövzusunda keçirilən  seminarda çıxış edən YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri, Oğuz III tur qrupunun rəhbəri Təranə Kərimova bildirib ki, demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın müstəqillik əldə etdikdən sonra üzləşdiyi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi, eləcə də dünya birliyinə inteqrasiya prosesinin intensivliyi ilə sıx bağlı olub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Əzəli Yurdum Qarabağ” layihəsinin müəllifi Əli Qənbərli bildirib ki, Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir: “Ümumiyyətlə, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz həm də regional təhlükəsizliyə töhfə verir. Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə gerçəkləşdirilə bilməz”.

Daha sonra mövzu ilə bağlı diskussiya aparılıb, gənclər öz fikirlərini bildiriblər. Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada gənclərin sualları cavablandırılıb.