YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı keçiriləcək

Dekabrın 23-də Rusiyanın TASS informasiya agentliyində Milli Məclisin deputatı, Əməkdar Jurnalist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı keçiriləcək.

Təqdimat mərasimində kitabın müəllifi Elmira Axundova, Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Ümumdünya Rusdilli Mətbuat Assosiasiyasının prezidenti Vitali İqnatenko, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiy və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov iştirak edəcəklər.

Xatırladaq ki, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabı Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində çapdan çıxıb.

Kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyevin uğur fenomenini təhlil edir. Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.

Kitabın ilk təqdimatı noyabrın 30-da Bakıda keçirilib.