YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazim Səmədov: Viza siyasətinin liberallaşdırılması ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərir

«Ölkəyə gələn xarici turistlər üçün viza prosedurlarının sadələşdirilməsi, əcnəbi vətəndaşların Azərbaycana səfərlərinin asanlaşdırılması önəmlidir». Bu fikri mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

N.Səmədov bildirib ki, viza siyasətinin sadələşdirilməsi və ölkələr arasında birbaşa uçuşların olması mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, viza siyasətinin liberallaşdırılması ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərir.

 «Statistikaya görə, Azərbaycana səfər edənlərin təxminən 70 faizi ölkəmizlə vizasız rejimdə olan ölkələrdən gələn xarici vətəndaşlardır. Gürcüstan və Türkiyə kimi qonşu ölkələrin, eləcə də bir sıra digər dövlətlərin uğurlu təcrübəsi göstərir ki, viza siyasəti tam sərbəst olduqda və viza ilə bağlı mürəkkəb sənədləşdirmə prosesi tam aradan götürüldükdə bu, ölkəyə olan turizm axınlarının artmasına müsbət təsir göstərir. Ölkəyə gələn xarici turistlərin sayının artması isə öz növbəsində iqtisadiyyatın güclənməsinə, yeni iş yerlərinin açılmasına, infrastrukturun təkmilləşdirilməsinə, ortaq sahibkarlığın inkişafına kömək edir»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv