YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Həll olunmamış və uzadılmış münaqişələr Avropanın təhlükəsizlik və stabilliyinə böyük təhdiddir

«Təəssüf ki, dünyada hələ də həll olunmamış münaqişələr, terror aktları, qaçqın məsələləri, miqrant böhranı, sülh və təhlükəsizlik üçün maneələr qalmaqdadır». Bu fikri Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, mövcud çətinliklərlə mübarizədə parlament diplomatiyasının xüsusi rolu var. Onun sözlərinə görə, əsas məsələ dünya ölkələrində təhlükəsizliyin təmin olunmasıdır.

«Təəssüf ki, dünya fundamental və çoxşaxəli təhlükə rolunu oynayan beynəlxalq terrorizm tərəfindən ciddi təhdidlə üzləşir. Həll olunmamış və uzadılmış münaqişələr də  Avropanın təhlükəsizlik və stabilliyinə böyük təhdiddir. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna həll olunmamış münaqişələrin nəticələrindən böyük zərərlərə məruz qalıb. Faciəli və ağrılı nəticələr doğuran bu münaqişələr minlərlə insanın həyatını məhv edib. Bu çətinliklərin həlli üçün sürətli və asan çıxış yolları mövcud deyil, lakin düşünürəm ki, Helsinki Yekun Aktı ruhunda ümumi bir yanaşma metodu hazırlanmalıdır. İnanıram ki, ATƏT regionunda münaqişələrin həlli yolunda parlament diplomatiyasının, qarşılıqlı etimadın və dialoqun mühüm əhəmiyyəti var»- deyə, A.Quliyev vurğulayıb.