YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan ordusunun ikinci pilotsuz uçuş aparatı məhv edilib

Dekabrın 12-də Ermənistan ordusunun daha bir pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Bu, gün ərzində Ermənistan ordusunun Silahlı Qüvvələrimiz tərəfindən məhv edilən ikinci pilotsuz uçuş aparatıdır.