YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin xatirəsi Berlində yad edildi

Dekabrın 10-da Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə Ulu Öndərin büstü önünə əklil qoyulub və Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən səfir Ramin Həsənov ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan xalqının tarixində oynadığı müstəsna roldan danışıb. Səfir dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə respublikanın üzləşdiyi problemlərə və Ermənistanın torpaqlarımıza təcavüzünə toxunaraq vurğulayıb ki, məhz Heydər Əliyev uzaqgörənliyi sayəsində Azərbaycan xalqı siyasi hərc-mərclikdən yaxa qurtardı və dövlətçiliyini qoruya bildi.

Səfir ulu öndər Heydər Əliyevin hakimiyyət illərinə nəzər salaraq, müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və iqtisadi inkişafın əsasının qoyulmasının məhz onun adı ilə bağlı olduğunu vurğulayıb. Ramin Həsənov əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən müstəqil siyasətin ölkəmizi regionun lider dövlətinə çevirdiyini diqqətə çatdırıb.

Tədbirin sonunda ulu öndərin vəfat günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

Mərasimdə Azərbaycan diasporunun nümayəndələri, Almaniyanın elmi və ictimai dairələrinin təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və gənc tədqiqatçılar, səfirliyin əməkdaşları iştirak ediblər.