YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maykl Lalli: ABŞ biznesmenlərinin Azərbaycana böyük marağı var

ABŞ biznesmenlərinin Azərbaycana böyük marağı var. Son 3 il ərzində 35-ə yaxın ABŞ şirkətinin nümayəndələri Azərbaycana səfərlər ediblər.

Bu barədə ABŞ-ın ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lalli Azərbaycana səfərinin yekunları ilə bağlı dekabrın 2-də keçirdiyi brifinqdə məlumat verib. O, amerikalı biznesmenlərin Azərbaycana səfərləri zamanı ümumilikdə 200-ə yaxın görüş keçirildiyini söyləyib. “Keçirilən görüşlərin nəticələrini görürük. 2017-ci il üçün müəyyən proqramlaşdırma işləri həyata keçirilir. Bunlardan biri ABŞ-Azərbaycan Ticarət Palatasının fəaliyyəti nəticəsində martda Birləşmiş Ştatlarda keçiriləcək tədbir olacaq. Bu, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına təkan verə biləcək tədbirdir. Azərbaycan artıq məqsədlərini müəyyənləşdirib. Bu məqsədlər qeyri-neft sektorunun inkişafı və şaxələndirmə siyasətidir”, – deyə qonaq bildirib.

ABŞ rəsmisi qeyd edib ki, Azərbaycanda Amerika Ticarət Palatasının təkliflərindən ikisi biznes mühitinin inkişafı və qeyri-neft sahəsini hədəfləyən investisiyanın cəlb olunmasıdır. Bu istiqamətdə Azərbaycanda islahatlar həyata keçirilir. Bu islahatlar sərmayənin Azərbaycana gətirilməsinə təkan verir. ABŞ ilə Azərbaycan arasında birbaşa hava nəqliyyatı var. Bu isə özlüyündə əlaqələrin inkişafı üçün vacib addımdır. İki ölkə arasında informasiya texnologiyaları və kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar var. Azərbaycan, həmçinin ABŞ ilə kosmos sahəsində əməkdaşlıq həyata keçirir. ABŞ-ın ən son texnologiyalarından istifadə olunmaqla Azərbaycanın öz peyki fəaliyyət göstərir.