YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri noyabrın 29-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Prezidenti Aleksandr Lukaşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.