YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan növbəti müddətə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrlik edəcək

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik Azərbaycana keçdi.

Bu barədə qərar təşkilatın bu gün Bakıda keçirilən XVI Baş Assambleyasında qəbul edilib. AZƏRTAC Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov 2016-2019-cu illər üçün OANA-nın prezidenti seçilib.

Toplantıda İcraiyyə Komitəsinin yeni üzvləri seçiləcək, texniki və etika komitələrinin hesabatları dinləniləcək. Növbəti üç ildə bu təşkilatın veb-saytının idarə edilməsi və digər təşkilati məsələlər AZƏRTAC-a həvalə olunacaq.

A.Aslanov Azərbaycana göstərilən bu etimada görə təşkilat üzvlərinə təşəkürünü bildirib:

“Sizi əmin edirəm ki, AZƏRTAC təşkilata sədrliyi dövründə təşkilata üzv olan hər bir agentliyə xüsusi diqqət ayıracaq, agentliklər arasında əlaqələrin möhkəmləndirilməsi, təşkilatın inkişaf etdirilməsi istiqamətində bütün lazımi işləri layiqincə yerinə yetirəcək”.

AZƏRTAC-ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov isə OANA-nın baş katibi seçilib.