YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abdullah bin Fəhd Əl-Hüseyn: Dünya Xəbər Agentliklərinin Bakı Konqresi yüksək səviyyədə təşkil olunub

Dünya Xəbər Agentliklərinin Bakı Konqresi yüksək səviyyədə təşkil edilib və burada aparılan müzakirələrin bütün media sahəsinə müsbət təsiri olacaq.

Bu fikirləri Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. “Əminəm ki, AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə uğurla sədrlik edəcək və böyük nailiyyətlərə imza atacaq”, - deyə SPA agentliyinin prezidenti vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Abdullah bin Fəhd Əl-Hüseyn qeyd edib ki, AZƏRTAC belə bir konqresin keçirilməsi ilə media sahəsində beynəlxalq əlaqələrin inkişafına öz töhfəsini verir.