YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

On ayda Azərbaycandakı magistral neft kəmərləri ilə 37,1 milyon tonadək neft nəql olunub

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 37 milyon 31,6 min ton neft nəql olunub. Nəqletmənin 77 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 28 milyon 519,3 min ton neft ötürülüb. On ayda BTC ilə 3,8 milyon ton tranzit neft də nəql edilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.