YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarovun Riçard Morninqstar ilə görüşündə Azərbaycan-ABŞ əməkdaşlığının perspektivləri müzakirə edilib

İyulun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində görülən işlər müzakirə edilib və bir sıra sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Riçard Morninqstara gələcək fəaliyyətində uğurlar arzulayıb.