YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani ilə görüşüb

Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

Dövlət Komitəsinin sədri İndoneziya-Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edərək, dini məsələlərlə bağlı ölkələrimizin müvafiq qurumlarının əməkdaşlığının zəruri olduğunu vurğulayıb. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını qeyd edən Komitə sədri dini radikalizmə qarşı birgə tədbirlərin keçirilməsinin önəmli olduğunu bildirib.

Komitə sədri İndoneziya səfiri Hüsnan Bəy Fananiyə beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında ölkəsinin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib.

Səfir Azərbaycanın zəngin multikultural və tolerant dəyərlərə sahib ölkə olduğunu bildirərək, ölkəmizin bu sahədə təcrübəsini öyrənmək üçün maraqlı olduqlarını qeyd edib. O, gələcəkdə İndoneziya mütəxəssislərinin Azərbaycanın multikulturalizm modelini praktik cəhətdən də müşahidə etmələri üçün seminarların, qarşılıqlı səfərlərin təşkilinin vacib olduğunu vurğulayıb. O, bildirib ki, Azərbaycan İndoneziya üçün bir müsəlman ölkəsi kimi önəmlidir. Hüsnan Bəy Fanani İndoneziya xalqına Azərbaycanı təqdim etməkdən qürur duyduğunu və turizm sahəsində ikitərəfli əlaqələr istiqamətində əhəmiyyətli işlər görüldüyünü söyləyib.

Səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü  bildirib.