YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdəki “Yay məktəbi”ndə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Lerikdə təşkil etdiyi “Yay məktəbi” layihəsinin ikinci turu uğurla davam etməkdədir.

Layihə çərçivəsində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada millət vəkili İqbal Məmmədov, Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov və KİV təmsilçiləri iştirak ediblər.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Azərbaycan mətbuatının 139 illiyi ərəfəsində olduğunu xatırladaraq qeyd edib ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan mətbuatımız artıq bu gün dünyada da öz sözünü deyir.

Dəyirmi masada millət vəkili İqbal Məmmədov və başqaları çıxış edərək, mövzu ətrafında öz fikirlərini bildirib.

Dəyirmi masa müzakirələrlə davam edib.