YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Zeyni: Ölkə Prezidentinin Fərmanı milli qeyri-hökumət təşkilatları tərəfindən yüksək qarşılanır

«Ölkə Prezidenti  İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında Fərmanı milli  qeyri-hökumət təşkilatları tərəfindən yüksək qarşılanır». Bu fikri yap.org.az saytına Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

R.Zeyni bildirib ki, bu məsələ hökumət-vətəndaş cəmiyyəti dialoq platformasında da geniş müzakirə olunub. Onun  sözlərinə görə, dövlət başçının imzaladığı sənəd üçüncü sektorun beynəlxalq əməkdaşlığında yeni mərhələnin başlanmasına əsas yaradır.

«Fərman qrantların alınmasında  «bir pəncərə» sisteminin tətbiq olunması şəffaflıq baxımından çox mühümdür. Düşünürəm ki, yeni mərhələdə QHT-lərin daha geniş fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin inkişafına daha çox xidmət etmək baxımından yeni imkanlar yaranır. Ona görə biz Milli QHT Forumu olaraq dövlət başçısına təşəkkürümüzü bildiririk»- deyə, R.Zeyni qeyd edib.