YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda NATO-nun “Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları” mövzusunda təlimi keçirilir

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunsum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları” mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatlarının planlaşdırılması, bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan rəhbəredici sənədlərə dair təqdimatların hazırlanması, eləcə də sindikat işlərinin təşkil edilməsidir.

 

DİGƏR Xəbərlər Arxiv