YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Serbiya hərbi tibb mütəxəssislərinin görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Serbiya Respublikası Müdafiə Nazirliyi arasında cari il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, oktyabrın 20-də Bakıda tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə nazirliyin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev, Serbiya Müdafiə Nazirliyi Hərbi Tibb Akademiyasının nümayəndələri, polkovnik Draqan Dinçin və polkovnik Neboyşa Yoviç iştirak ediblər.

İki gün davam edəcək tədbirdə hərbi tibb mütəxəssisləri təcrübə və fikir mübadiləsi ilə bölüşəcəklər.

Səfər zamanı qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalındakı şəraitlə tanış olacaq və Hərbi Tibb Fakültəsindəki tədris prosesini izləyəcəklər.