YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anatoli Torkunov: Azərbaycan öz istedadlı xalqının təmkini və əməyi sayəsində çiçəklənən ölkəyə çevrilib

“Bu 25 il ərzində ölkəniz böyük yol keçib – Azərbaycan öz zəngin ənənələrini qoruyub saxlamaqla gələcəyə addımlayıb. Azərbaycan öz istedadlı xalqının təmkini və əməyi sayəsində çiçəklənən ölkəyə çevrilib və sülh, inkişaf yolunda inamla irəliləyir. Azərbaycanın ölçülüb-biçilmiş, müdrik siyasəti Rusiya ilə, digər tərəfdaş dövlətlərlə ikitərəfli münasibətləri qoruyub saxlamağa və möhkəmlətməyə imkan verir. Sizin ölkəniz haqlı olaraq beynəlxalq birliyin hörmətini qazanıb”. Bu fikirlər Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovun Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru  İlham Əliyevə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə ünvanladığı məktubda yer almışdır.

Torkunov daha sonra qeyd edir ki, Bakı Beynəlxalq Humanitar Forumu günlərində Sizin ölkənizin nailiyyətlərini şəxsən müşahidə etmək şərəfinə nail olmuşam.

Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və firavanlıq arzu edirəm.

 

DİGƏR Xəbərlər Arxiv