YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Havanada fotosərgi açılıb

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi münasibətilə Kubanın paytaxtı Havananın möhtəşəm İnqilab Muzeyində “Müstəqillik uğrunda mübarizə” adlı fotosərgi açılıb.

Tədbirdə Kuba hökumətinin, o cümlədən Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri, bu ölkədə akkreditə edilən diplomatik korpusun təmsilçiləri, Azərbaycanda təhsil almış Kuba vətəndaşları və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İnqilab Muzeyinin direktoru Xose Andres Peres Kintana tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında əlaqələrin tarixi köklərə əsaslandığını və Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən fotosərginin bu əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Xose Andres Peres Kintana İnqilab Muzeyini yaxın həftələr ərzində ziyarət edəcək on minlərlə Kuba vətəndaşı və xarici turist üçün bu sərginin böyük maraq doğuracağına əminliyini bildirib.

Azərbaycanın Kubadakı səfiri Yaşar Əliyev tədbirin təşkilinə görə təşəkkürünü bildirib. Diplomat iştirakçılara Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış xüsusi Sərəncam haqda ətraflı məlumat verib.